Müdafiə nazirləri üçtərəfli görüş keçirdi - FOTO
Ölçü:


Martın 31-də Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib.

Müdafiə Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın perspektivləri, dünyada və regionda cərəyan edən proseslər, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin olunması istiqamətində fəaliyyətlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Vurğulanıb ki, üç qonşu xalq arasında dostluq əlaqələri inkişaf edir və dövlətlərimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər xalqlarımızın iradəsini əks etdirir. Qarşılıqlı etimada əsaslanan bu əlaqələr regionda sülhün və sabitliyin, davamlı inkişafın bərqərar edilməsi, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynayır.

Görüşdə çıxışı zamanı general-polkovnik Zakir Həsənov ölkəmizdə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımının 100 iliyi kimi qeyd edildiyini həmkarlarının diqqətinə çatdırıb.

Müdafiə naziri bildirib ki, 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakıda və digər ətraf rayonlarda erməni silahlı dəstələri tərəfindən on mindən çox azərbaycanlı qətlə yetirilmiş və itkin düşüb.

Soyqırımı ilə əlaqədar Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli xalqımıza baş sağlığı verib
 
31.03.2018 13:24:00
Oxuma sayı: 618