Rusiya ilə Avropa arasında qalmaqal: Ukraynanın da 13 diplomatı Moskvadan çıxarılır
Ölçü:


Ukraynanın Rusiyada fəaliyyət göstərən 13 diplomatı ölkədən çıxarılır.

Koordinat.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, bu gün Rusiya 10 ölkənin (Estoniya, Latviya, Litva, Çexiya, Polşa, İtaliya, Finlandiya, Niderland, İsveç və Böyük Britaniya) diplomatının ölkədən çıxarılması barədə qərar verib. Bu barədə həmin ölkələrin səfirlərinə Rusiya XİN-ə çağrılaraq bildirilib. Belə ki, Rusiya 3 çexiyalı, 1 latviyalı, 3 litvalı, 4 polşalı, 2 italiyalı və 1 finlandiyalı diplomatın ölkədən çıxarılması barədə bəyan edib.

Bundan başqa, İsveçin 1 diplomatı və Estoniyanın hərbi attaşesi Toomas Peda da Rusiyadan çıxarılır.

Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.

İlk olaraq isə həmin işlə əlaqədar Böyük Britaniya 100 rusiyalı diplomatı ölkədən çıxarmışdı.

 

 
30.03.2018 17:53:00
Oxuma sayı: 631