Bir yazı haqqında dəqiqləşdirmə
Ölçü:


“525-ci qəzet”in bu ilki 26-cı nömrəsində fəlsəfə elmləri namizədi Əmrəli İsmayılovun səksən illik ömür yolundan bəhs edən “Bəxtin fəlsəfəsi” başlıqlı yazı dərc edilib.

Yazı həmin gün “koordinat.az”da da yerləşdirilib. Əmrəli müəllim bununla əlaqədar olaraq təşəkkürünü bildirməklə yanaşı, yazıdakı bəzi faktların dəqiqləşdirilməsini də xahiş edib. Belə ki, o,  Azərbaycan Dövlət Universitetini 1962-ci ildə deyil, 1961-ci ildə bitirdiyini və həmin ildən Azərbaycan Sənaye İnstitutunda işə qəbul olunduğunu, sevimli müəllimi, məşhur sovet filosofu Evald İlyenkovun adının səhvən Eduard getdiyini bildirir. Yazıda Əmrəli müəllimin əslən Türkiyənin İqdır vilayətindən olan dədə-babalarının Gədəbəy rayonuna necə gəlib çıxması ilə bağlı faktlarda yanlışlığa yol verilib. O həmçinin 36 beynəlxalq konfrasda deyil, ümumilikdə 35 beynəlxalq, ümumittifaq, regional və respublika  miqyaslı elmi konfrans, simpozim və seminarda iştirak  etdiyini, bunlardan yalnız 5-nin beynəlxalq status daşıdığını, namizdəlik dissertasiyasının K.Marksın erkən yaradıcılığına həsr olunduğunu, Bəhmənyarı isə heç vaxt araşdırmadığını bildirir.

Ağsaqqal filosofun istəyini yerinə yetirməklə biz də oxucularımızdan onun dəqiqləşdirmələrini nəzərə almağı xahiş edirik.

30.03.2018 15:47:00
Oxuma sayı: 15707