Lavrov ATƏT-in baş katibi ilə Qarabağı müzakirə edəcək
Ölçü:


Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 5-də ATƏT-in baş katibi Tomas Qreminqerlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcək.

Koordinat.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O bildirib ki,  ATƏT-in baş katibi Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi VII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskvada olacaq".

M.Zaxarova deyib ki, S.Lavrovla T.Qreminqer Donbas, Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həllində ATƏT-in rolunu və digər məsələləri müzakirə edəcəklər.(“Report”)

29.03.2018 17:39:00
Oxuma sayı: 705