Bakı-Ələt-Qazax yolunda...- xəbərdarlıq
Ölçü:


Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.

 Bu barədə Koordinat.az-a AAYDA-nin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. Qeyd olunur ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

 
22.03.2018 15:53:00
Oxuma sayı: 607