Qarabağ münaqişəsinin həlli  Avropaya inteqrasiyadan asılıdır - Bosniya təcrübəsi
Ölçü:


“Bosniya münaqişəsinin həlli Qarabağ problemi  və postsovet məkanındakı başqa münaqişələrin nizama salınması üçün model ola bilər”.

Koordinat.az
xəbər verir ki, bunu haqqın.az-a müsahibəsində Bosniya və Hersoqovinanın baş nazirinin müavini Mirko Şaro deyib.O qeyd edib ki, Bosniyada vaxtı ilə yaranan münaqişə ilə Qarabağ konfliktinin oxşar və fərqli cəhətləri var:  “Amma qlobal oyunçuların və birbaşa iştirakçıları daxili konsensusu belə qarşıdurmaların tənzimlənməsində əsas şərtdir. 1990-cı illərin əvvəllərində Bosniya və Hersoqovinada xarici təcavüz, daxili münaqişələr mövcud idi. ABŞ, Rusiya və başqa güc mərkəzlərinin təsirləri var idi.  Lakin Bosniyanın Avropaya meyllənməsi dönüş nöqtəsi oldu”.

Mirko Şaro qeyd edib ki, Avropanın bütün qapılarını taybatay açması vacib deyil, amma ölkə daxilindəki icmalar inkişaf etmiş geosiyasi məkanın bir hissəsi olmaq üçün sülh və vahid birlikdə yaşamaq istəyirlər: “Bosniya və Hersoqovina hər il Avropa Birliyinə daha da yaxınlaşır və gələn il Avropa Birliyinin tamhüquqlu üzvü olacaq. Baxın, 22 ildir millətlərarası, dinlərarası münaqişələr zamanı qan tökülən ölkə indi sülh və əmin-amanlıqda yaşayır”.

Mirko Şaro deyib ki,  Avropa Birliyinə inteqrasiya münaqişələrin həlli, sabitliyin, sülhün qarantiyası üçün vacib məqamdır. O, bu kontkestdə Cənubi Qafqazdakı münaqişələrə də diqqət çəkib: “Cənubi Qafqazdakı bütün ölkələr də Avropa Birliyinə yaxınlaşmağa cəhd edir. Bu, çox əhəmiyyətli amildir. Çünki Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirə bilər. Avropa Birliyi millətlərarası münaqişələrin həllinin universal sistemidir”.
 
22.03.2018 09:52:00
Oxuma sayı: 705