Putin iki rəqibinə vəzifə təklif etdi
Ölçü:



Rusiyada növbəti dəfə prezident seçilən Vladimir Putin iki rəqibinə yüksək dövlət vəzifələri təklif edib.

Koordinat.az
“Arqumenti nedeli” həftəliyinə istinadən xəbər verir ki, bu təklif Putinin seçkilərin nəticələrinin açıqlanmasından sonra rəqibləri ilə keçirdiyi görüşdə verilib. Putin seçkinin digər iştirakçıları ilə görüşərək iki saatdan çox onlarla söhbətləşmişdi.

Məlumata görə Putin Kommunist Partiyasının namizədi, Moskvadakı Lenin adına sovxozun direktoru Pavel Qrudininə və teleaparıcı Kseniya Sobçaka yüksək vəzifələr təklif edib. Sobçaka təklif edilib ki, ya prezident kvotası əsasında Federasiya Şurasına üzv olsun, ya da öz qabiliyyətini göstərə bilmək üçün o qədər də uğurlu olmayan regionlardan birinin quberantoru vəzifəsini üzərinə götürsün.

Qrudininə isə kənd təsərrüfatı naziri olmaq təklif edilib. İndiki kənd təsərrüfatı naziri Aleksandr Tkaçev isə istefaya göndəriləcək və ailəsinin kənd təsərrüfatı biznesinə rəhbərlik edəcək. Bildirilir ki, Qrudinin və Sobçak bu təkliflər barədə düşünəcəklərini deyiblər. Onların heç biri informasiyanı şərh etmir.
 
21.03.2018 14:38:00
Oxuma sayı: 581