Putin Qarabağ münaqişəsinin həllinə ümidli deyil - Lavrovun Bakıya və İrəvana səfərinin məqsədi başqa imiş...
Ölçü:


“Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlli ilə bağlı çox da ümidli deyil”.

Koordinat.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə son görüşünü şərh edərkən deyib.

Politoloq Elxan Şahinoğlu isə Ərdoğanın “Rusiya prezidenti Vladimir Putin Qarabağ münaqişəsinin həlliylə bağlı çox da ümidli deyil” şəklində verdiyi açıqlamanı bu cür izah edir. Onun fikrincə, Ərdoğanın bu cümləsindən iki vacib nəticə çıxır: "Birincisi, Kremlin İrəvana təsir edib qeyd-şərtsiz işğal altındakı 5 rayonun azad olunmasında marağı yoxdur, bunun yerinə yetirilməsinin bizim üçün ağır şərtləri var ki, onları yerinə yetirə bilmərik. İkincisi, Kremlin danışıqlarda hazırki fəallığı münaqişənin həllinə yönəlməyib".

Elxan Şahinoğlu Ərdoğanın açıqlamasından ortaya çıxan sualın məntiqini izah edir: Putin münaqişənin həlli ilə bağlı ümidli deyilsə, hazırki intensivlik nə ilə bağlıdır?  Naziri Sergey Lavrovu nədən Bakıya və İrəvana göndərir?

"Fikrimcə, bu səfərlər, danışıqların intensivliyi görüntüsü münaqişənin həllinin sürətləndirilməsiylə bağlı deyil, Kremlin yeganə istəyi bölgədə müharibənin olmaması, aprel savaşının təkrarlanmamasının təminatını almaq və status-kvonun qorunmasıdır. Bu da işğalçı dövlətin maraqlarına cavab verir".
17.11.2017 14:10:25
Oxuma sayı: 2383