Zeynəb Xanlarova Rasim Balayevin müdafiəsinə qalxdı
Ölçü:


“Ataların bir sözü var. “Desəm öldürərlər, deməsəm ölləm!”. Mən dinəcəm. Mədəniyyətimizə, incəsənətimizə böyük töhfələr verən Rasim Balayev haqqında danışmaq istəyirəm. O, elə bir sənətkardır ki, Babəki, Nəsimini yaradıb. Amma həkim aktyora dərmən yazıb, onu almağa pulu yoxdur”.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin noyabrın 17-də keçirilən iclasında çıxış edən deputat Zeynəb Xanlarova deyib. Deputat üzünü Mədəniyyət və Turizm, Səhiyyə nazirliklərinə tutaraq deyib: “Bunlar niyə bu məsələyə baxmırlar?! Artıq canda can qalmayıb. Niyə buna əncam qılmırlar?! Mən millətin adından xahiş edirəm ki, onunla məşğul olsunlar. Rasim Balayevin aldığı pul nədir ki, dərmanlara versin? Mən xahiş edirəm Oqtay müəllim, siz də, bizim hamımız da bu böyük sənətkara kömək olaq”.
AddThis Sharing Buttons
Share to WhatsAppShare to FacebookShare to Facebook MessengerShare to TwitterShare to Google+Share to E-PoçtShare to Çap et
17.11.2017 13:37:00
Oxuma sayı: 1690