Zahid Oruc Qarabağ haqqında: "Kimsə Azərbaycan xalqını buna inandıra bilməz"
Ölçü:


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ məsələsinə yer verdiyini bəyan edib. Bu, son dərəcədə əhəmiyyətli hadisədir və birinci növbədə prezident İlham Əliyev və Ərdoğan arasındakı koordinasiyanın məntiqi nəticəsidir”.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, ABŞ və Rusiyanın Qarabağla bağlı vahid mövqe ortaya qoyacağına Azərbaycan xalqını kimsə inandıra bilməz.

“Amma Türkiyə və Rusiya bu məsələdə təhlükəsizliklə bağlı rol oynaya bilər. Ən azı Naxçıvanla bağlı Qars müqaviləsi nümunəsi var. Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var. Bu, iki dövlətin təhlükəsizlik qarantiyası ilə bağlı çox mühüm addım olar”. 
17.11.2017 13:54:15
Oxuma sayı: 1257