Əli Həsənov: "Seçkinin imicini jurnalistlər formalaşacaq"
Ölçü:


KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir. Jurnalistlər bu prosesi peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirməlidirlər.

Koordinat.az xəbər verir ki, bunu prezident seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, məhz jurnalistlərin fəaliyyəti ilə seçkinin imici formalaşacaq: "Burada məsuliyyət də önəmlidir. Jurnalist həm də Azərbaycan vətəndaşlarıdır. Seçki Məcəlləsinin tələblərini mütləq nəzərə alınmalıdır, belə olmazsa, seçkinin imicinə xələl gələr. Ölkə başçısı da prezidentliyə namizəddir. Onun cari fəaliyyəti ilə, seçki təbliğatını düzgün dəyərləndirmək lazımdır. Bu cizgi nəzərə alınmalıdır”.

Əli Həsənov qeyd edib ki,  KİV-də ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır: "Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".
19.03.2018 13:09:00
Oxuma sayı: 573