50 milyonluq qızıl oğurlamış azərbaycanlılar tutuldu
Ölçü:



Moskvada zərgərlik mağazasını qarət etməkdə şübhəli sayılan şəxslərdən ikisi saxlanılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbə TASS agentliyinə saxlanılan şəxslərin Azərbaycan vətəndaşları olduğunu bildirib. Hazırda cinayətkar qrupun digər üzvlərinin axtarışı davam edir.

Qeyd edək ki, martın 15-də axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində zərgərlik mağazasını qarət edib. Mağazada satıcıları təhdid edən həmin şəxslər 50 milyon rubl dəyərində qızıl-zinət əşyalarını götürərək aradan çıxıblar.
 
18.03.2018 19:50:00
Oxuma sayı: 527