Diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin maaşı... - Milli Məclisdə təklif
Ölçü:


Təhsil işçiləri ilə səhiyyə sistemi arasında maaş məsələsində kəskin fərq var. Bu, həmin təbəqədən olan insanlar və bütövlükdə cəmiyyət arasında narahatlıq yaradır.

Koordinat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fazil Mustafa deyib.  edici məqam olduğunu deyib. Onun fikrincə, təhsil və səhiyyə sistemində çalışan işçilərin sosial müdafiəsi sahəsində, xüsusilə maaş məsələsində belə fərq olması doğru deyil: "Bunun ağır nəticəsini vətəndaş çəkir".

Deputat təklif edib ki, hətta müəllimlər arasında onların əməyinin nəticələrinə uyğun fərqli əməkhaqqı sistemi tətbiq olunmalıdır. Onun fikrincə, diaqnostik qiymətləndirmə ilə yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir.

Fazil Mustafa ölkədə təbii südün bahalaşmasına da narazılığını ifadə edib: "Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd isə 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.

16.03.2018 13:39:00
Oxuma sayı: 989