Elmar Məmmədyarov: "Heç bir ölkə bu qətnamələrin icrasına yardım etmədi"
Ölçü:


"BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur”.

Koordinat.az xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı başqa bir qətnamə də var - 5783 saylı qətnamə.

“Bu, əlavə qətnamədir və orada işğalçı qüvvələrin çıxarılmasının cədvəli var. Bu qətnamələrin icrasına heç bir ölkə yardım göstərməyib. 24 ildir, vəziyyət olduğu kimi qalıb”, - deyə nazir əlavə edib.

Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edərkən, İƏT ilə BMT Təhlükəsizlik Şurası arasında əməkdaşlığın qurulması təşəbbüsünü irəli sürüb: “Bəzi üzv dövlətlər buna qarşı çıxdı. Regional təşkilatlarla mövqeyimizi gücləndirə bilərik. Mən Təhlükəsizlik Şurasının qlobal sülhün təminatında ali təşkilat kimi rolunu danmıram. Azərbaycan da bu qurumun qətnamələrinin yerinə yetirilməsinin tərəfdardır. Lakin böyük güclərin müdaxiləsi olmadan məsələlərin həlli qeyri mümkündür”.    
16.03.2018 11:39:00
Oxuma sayı: 604