Azərbaycanı gözləyən təhlükə: Ermənistan Qarabağda və Kəlbəcərdə nüvə silahı üçün baza tikir - ARAŞDIRMA
Ölçü:

 
Aprel müharibəsindəki acı məğlubiyyətdən sonra ruh düşkünlüyü yaşayan Ermənistan cəmiyyətini sakitləşdirmək üçün Ermənistan xüsusi xidmət orqanları müxtəlif üsullardan istifadə etməyə başladı. Onlardan ən başlıcası isə Ermənistanın nüvə silahına malik olması barədə  sabiq baş nazir, deputat Qrant Baqratyan açıqlamsı oldu. Düzdür o vaxt bəziləri bu açıqlamanı gülünclə qarşılayaraq  Baqratyanı həqiqətyə uyğun olmayan məsuliyyətsiz bəyanatlar yaymaqda ittiham edərək məsləni qulaqardına vurdular. Amma...

Koordinat.az xəbər verir ki, Baqratyanın açıqlamasından bir müddət sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) 1950-ci hazırladığı “Sovet Ermənistanında atom bombası zavodu” adlı məxfi hesabatında  yer alan  sensasion sənədlər ortaya çıxıb. Məlum olub ki, həqiqətən SSRİ-nin ilk atom bombası Ermənistanda gizli yeraltı zavodda hazırlanıb və bu layihəyə  Mikoyanın sinif yoldaşı, Professor Arakelyan rəhbərlik edib.

News12.az saytının araşdırma qrupu Ermənistandan xaricə nüvə qaçaqmalçılığı, bu ölkədə hələ də dünya birliyi, eləcə də MAQATE  üçün gizli saxlanılan çox təhlükəli nüvə obyektləri – atom bombası istehsalı zavodu və onun hazırda hansı vəziyyətdə olması haqqında sensassion məlumatları üzə çıxardıb.Belə ki, Sovet hökuməti dağıldıqdan və Qarabağ işğal olunduqdan sonra Rusiya Qarabağ ərazisinə özünün nüvə bazası, yeni nüvə silahlarının daşıyıcılarının hələ sınaqlarının ilk təcrübəsi poliqonu kimi baxmağa başlayır.

Rusiyanın bu addımından ruhlanan erməni hakim dairələri 2000 -ci ilin 14 dekabrında Ermənistan Təhlükəsizlik Şurası nüvə proqramı qəbul edir.
Həmin proqramda  nüvə tədqiqatlarının  keçiriləcəyi nüvə zonaları aşağıdakı yerlər seçilir:

1.Kəlbəcər rayonu
2.Şuşa, Göytala məntəqəsi
3. Laçın - Mığıdərə, Malxələf, Aşağı Fərəcan.
Ermənilər ruslardan aldıqları "Skad", "Tayfun" tipli raketlərin modernləşdirilməsi və nüvə başlıqlarının yerləşdirilməsi üçün “Uran -238” materialının qaçaqmalçılıq yolu ilə İrana ötürülməsi və bu materialın məhz Dağlıq Qarabağ ərazisindən keçərkən bir hissəsi oğurlanması faktı da bölgənin ciddi təhlükədə olduğunu xəbər verir.
 
İşğal olunmuş Azərbaycan ərazilərində nüvə bazaları...

 2013-cü il yanvarın 10-dan etibarən Ermənistanın "müharibə taktikası"nın yeni mərhələsinə  keçdiyini deyə bilərik. Rusiya Fedarasiyası  Kurçatov adına Fizika İnstitutunun nüvə mühərriki üzrə tədqiqatlar mütəxəssisi L.Mikailyan, Nüvə Tədqiqatları İnstitutunun müəllimi G.Ter-Akopyan, Nəzəri-Eksperimental İnstitutunun professoru R.Saakyan, Nəzəri Fizika və Eksperimental İnstitununun professoru, doktor L.Ter-Petrosyan Dağlıq Qarabağ ərazisində artıq özlərinin tədqiqat laboratoriyalarını açıblar.
Yerevan Fizika İnstitutunun nüvə texnologiyası kafedrasının tanınmış alim tədqiqatçıları N.Egeyan, K.Alananyan, A.Şərabyan artıq Kəlbəcər rayonunda nüvə və Kvant fizikası ilə mühərriklərin hazırlanması və nüvə enerjisi ilə məşğul olan xüsusi laboratoriyalar yaradıblar.

Hesab edirik ki, son vaxtlar bəzi erməni siyasilərinin və Müdafiə Nazirliyi  rəsmlərinin "Ermənilər artıq bölgədə ilk misli görünməmiş silahlara malikdir " -kimi bəyanatlarına ciddi yanaşmanın vaxtı çatıb.

News12.az-ın araşdırma qrupu
 
15.03.2018 13:13:11
Oxuma sayı: 1026