Rusiya XİN Tereza Meyın çıxışını təxribat adlandırıb
Ölçü:



Rusiya XİN Böyük Britaniyanın baş naziri Tereza Meyin parlamentdə bugünkü çıxışını təxribat adlandırıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı bəyanatda deyilir.

“Böyük Britaniyanın baş naziri Tereza Meyin Sergey Skripal və onun qızının zəhərlənməsində Rusiyanın əli olduğuna dair bəyanatını ölkələrimiz arasında normal dövlətlərarası dialoqun təməlini pozan kobud təxribat kimi dəyərləndiririk. Böyük Britaniya hökumətinin siyasi məqsədlər naminə iki ölkə arasında münasibətlərin gərginləşməsini, o cümlədən 23 Rusiya diplomatının ölkədən çıxarmaq barədə qərarını nalayiq və qəbuledilməz hesab edirik. Təbii ki, cavab tədbirləri özünü gözlətməyəcək”, məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Böyük Britaniya hökuməti  23 rus diplomatın ölkədən çıxarılmasına dair qərar qəbul edib.

 Martın 12-də T. Mey parlamentdəki çıxışında Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsi barədə aparılan təhqiqata dair ilkin məlumatlar verib.  Baş nazir bildirib ki, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib. Sergey Skripal 1999-cu ilə qədər Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində (QRU) çalışıb. 2006-cı ildə Böyük Britaniyaya casusluq üstündə vətənə xəyanət ittihamı ilə həbs edilib və rütbədən məhrum olunub. 2010-cu ildə S. Skripal Rusiya və ABŞ arasında casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilib.
14.03.2018 20:50:00
Oxuma sayı: 395