İlham Əliyev Binəli Yıldırımı qəbul etdi
Ölçü:


Prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Koordinat.az
xəbər verir ki, B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq. O, səfər zamanı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə də görüşəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də VI Qlobal Bakı Forumu keçiriləcək. Forumda bir sıra dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.

 
 
14.03.2018 14:09:00
Oxuma sayı: 256