Afrin bu gün terrorculardan azad edilə bilər - Ərdoğandan anons
Ölçü:


Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə bu gün axşama qədər Suriyanın Afrin şəhərini nəzarətə götürə bilər.
 
Koordinat.az
xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlar toplantısında deyib. NTV telekanalına yaydığı məlumata görə, Ərdoğan bildirib ki, indiyə qədər Suriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusu zərərsizləşdirilib: “Afrinə bir qədər də yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək”.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. 
14.03.2018 13:44:00
Oxuma sayı: 611