Qida Təhlükəsizliyi Agentliyi: "Halal" sertifikatı təhlükəsizlik göstəricisi deyil"
Ölçü:


"Halal" keyfiyyət sertifikatı məhsulların təhlükəsizlik göstəricisi deyil.

Koordinat.az
xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O, bildirib ki, rəhbərlik etdiyi agentlik halal məhsullar üçün keyfiyyət sertifikatı verməyi planlaşdırmır: "Agentliyin belə bir sertifikat vermək hüququ yoxdur".

Sədr qeyd edib ki, laboratoriya şəraitində məhsullarda yalnız donuz əti və emulsiyasının olduğunu müəyyən etmək olar: "Lakin hər hansı məhsulun "halal" standartına aid olduğunu müəyyənləşdirmək mümkün deyil. Bu məsələ ilə maraqlanan vətəndaşlar dini strukturlardan məsləhət ala bilərlər".
14.03.2018 12:07:28
Oxuma sayı: 3871