Türkiyənin Baş naziri Azərbaycana gəlir
Ölçü:


Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfərə yola düşüb.

Koordinat.az
xəbər verir ki,  Binəli Yıldırım  səfər zamanı  Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslərlə görüşəcək.

 Türkiyənin baş nazir bildirib ki, Bakı və Ankara arasında münasibətlər regionun təhlükəsizliyinin təmin olunmasına da istiqamətlənib. O qeyd edib ki, Azərbaycana səfəri çərçivəsində bir sıra məsələlər, həmçinin Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də VI Qlobal Bakı Forumu keçiriləcək. Forumda bir sıra dövlətlərin prezidentləri, baş nazirləri, nazirləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, tanınmış ictimai və siyasi xadimlərin də daxil olduğu 500 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulur.
14.03.2018 11:12:00
Oxuma sayı: 313