Türkiyə daha 8 şəhid verdi
Ölçü:


Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı terrorçularla döyüşlərdə 8 türk hərbçisi həlak olub.

Koordinat.az xəbər verir ki, döyüşlərdə "Azad Suriya Ordusu"nun 2 üzvü yaralanıb. Yaralılar Kilis vilayətindəki hərbi-səhra hospitalına çatdırılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini tamamilə mühasirəyə alıblar.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
14.03.2018 10:12:00
Oxuma sayı: 407