Kəlbəcərli girovlarla bağlı 70 ölkəyə müraciət ünvanlanacaq
Ölçü:


Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı 70 ölkəyə müraciət ünvanlanacaq.

Koordinat.az xəbər verir ki, bunu 2014-cü ilin yayından Ermənistan hökumətinin girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. O qeyd edib ki, müraciətdə Dilqəm Əsgərovun qanunsuz şəkildə öz doğma torpaqlarında girov götürüldüyü, ona ermənilər tərəfindən amansız işgəncələr verildiyi haqda məlumatlar yer alacaq.

Kürdoğlu Əsgərov hazırda bununla bağlı işlərin aparıldığını deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
13.03.2018 17:48:00
Oxuma sayı: 655