ABŞ-ın dövlət katibi istefaya getdi - gözlənilməz qərar
Ölçü:


ABŞ-ın dövlət katibi Reks Tillerson vəzifəsindən azad olunub.

Koordinat.az
xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Bildirilir ki, Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo əvəz edəcək.
Prezident Donald Tramp bəyan edib ki, Pompeo yeni işinin öhdəsindən fantastik gələcək. O, Tillersona işinə görə təşəkkür edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri Cina Xespel olacaq. O, kəşfiyyat qurumuna rəhbərlik edəncək ilk qadındır.

Qəzetin məlumatına görə, Tramp ötən həftənin beşinci günü Tillersondan istefa verməsini xahiş edib.

13.03.2018 17:13:00
Oxuma sayı: 497