Türk ordusu dinc sakinlərin Afrindən çıxarılması üçün dəhliz saxlayıb
Ölçü:


Türkiyə Silahlı Qüvvələri (SQ) dinc sakinlərin Suriyanın Afrin şəhərindən çıxması üçün dəhliz saxlayıb.

Koordinat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı hərbi mənbələrə istinadən yazır. Məlumata əsasən, dinc sakinlərin Afrindən çıxması üçün nəzərdə tutulan bu dəhliz bir neçə gün ərzində açıq olacaq.

Qeyd edək ki, Türkiyə SQ və "Azad Suriya Ordusu" Afrin bölgəsini tamamilə mühasirəyə alıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
13.03.2018 16:04:00
Oxuma sayı: 298