Ərdoğanla Putin Türkiyədə görüşəcək
Ölçü:


Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimində iştirak edəcəklər.

Koordinat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) tələbələri və müəllimləri qarşısında çıxış edərkən bildirib: "Aprel ayının əvvəlində Türkiyədəki ilk Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi olacaq və iki prezident orada iştirak edəcək".

M.Çavuşoğlu deyib ki, təməlqoyma mərasimi aprelin 3-4-də keçiriləcək Ali Əməkdaşlıq Şurası çərçivəsində baş tutacaq. Onun sözlərinə görə, Türkiyə-Rusiya əlaqələri sürətlə inkişaf edir.

Qeyd edək ki, "Akkuyu" AES Rusiya layihəsi üzrə inşa olunur. Layihəyə əsasən, stansiyada hər biri 4800 MVt gücə malik 4 enerji bloku fəaliyyət göstərəcək. Layihənin dəyəri 20 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

AES Mersin vilayətində Aralıq dənizi sahillərində inşa ediləcək. İşlərin 2021-ci ildə başa çatacağı planlaşdırılır.
13.03.2018 15:10:16
Oxuma sayı: 325