Mal ətinin qiyməti 11-14 manat arasında dəyişir - rəsmi
Ölçü:


Azərbaycanda yaranmış qeyri-ənənəvi tendensiyaya görə, hər il bayramqabağı bütün məhsullarda bahalaşma qeydə alınır. 

Koordinat.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi İcmallaşdırma və statistik təhlil şöbəsi müdiri Firdovsi Fikrətzadə Modern.az-ın sorğusuna cavabında bu il mal  və qoyun ətinin qiymətlərində dəyişiklik olmadığını deyib. Nazirlik rəsmisi bazarlarda təklif edilən ətin pərakəndə satış qiymətlərini təqdim edib:
İribuynuzlu heyvan əti (yaşlı, sümüklü) 6.50-7.00
İribuynuzlu heyvan əti  (yaşlı, sümüksüz) 8.50-9.00
İribuynuzlu heyvan əti (cavan,sümüklü)  10.00 - 11.00
İribuynuzlu heyvan əti   (cavan, sümüksüz)  14.00-15.00
Xırdabuynuzlu heyvan əti (yaşlı) 7.00-8.00
Xırdabuynuzlu heyvan əti (cavan) 11.00 -12.00

Qeyd edək ki, 2015-ci ildə baş verən iki devalvasiyadan sonra ərzaq və qeyri-ərzaq məhsulları sürətlə bahalaşıb. Devalvasiyadan əvvəl dana ətinin qiyməti 7 manat 7 manat 50 qəpik, quzu əti isə 8 manat 8 manat 50 qəpik olub. Sürətli bahalaşma ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsinə rəvac verib.
 
13.03.2018 12:51:00
Oxuma sayı: 278