Avropa Şurasının baş katibindən İlham Əlievə məktub var
Ölçü:


Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.

Koordinat.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm Prezident. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər məni dərindən kədərləndirdi. Avropa Şurası adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, Azərbaycan rəhbərliyinə və Azərbaycan xalqına başsağlığı verirəm. Avropa Şurası belə bir kədərli vaxtda Azərbaycan xalqının yanındadır”.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin də Azərbaycan prezidentinə başsağlığı verib: “Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi. Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatı olaraq bu faciəli hadisə ilə əlaqədar ağrı-acılarınızı bölüşürük. Həmçinin həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, ölənlərə Tanrıdan rəhmət diləyir, xəsarət alanların isə tezliklə sağalmasını arzu edirəm”.
12.03.2018 18:46:00
Oxuma sayı: 303