Dinc sakinlər Afrini tərk etməyə başladı
Ölçü:



Türkiyə ordusu Afrinin mərkəzinin 2 kilometr yaxınlığında mövqe tutub.

Koordinat.az
xəbər verir ki, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
 
Azad Suriya Ordusu (ASO) döyüşçüləri hərbçilərin dəstəyi ilə irəliləməkdə davam edir.
 
Hücum nəticəsində bölgədə PYD/YPG terrorçularına məxsus təlim düşərgəsi nəzarətə götürülüb.
 
TSQ və ASO döyüşçülərinin indiki mövqeyi Afrinlə güllə məsafəsindədir. Şəhər ətrafında daha bir kənd - Halidiyə terrorçulardan azad olunub.
 
Bu arada dinc sakinlər Afrini tərk etməyə başlayıb. Şəhərdən ucu-bucağı görünməyən maşın karvanları çıxır.
 
Xatırladaq ki, TSQ üç tərəfdən mühasirədə saxladığı Afrinin cənub istiqamətindən dinc sakinlərin çıxması üçün şərait yaradıb.
12.03.2018 17:18:52
Oxuma sayı: 424