Dilqəm və Şahbazla bağlı Parisdə nə baş verir?
Ölçü:


“Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevə  mənəvi və fiziki təzyiq göstərilməsi barədə yayılan məlumatlar Fransada gərginliyə səsəb olub.

Koordinat.az xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, kəlbəcərli girovlara qarşı fiziki və mənəvi təzyiqlər edilməsi ilə bağlı müxtəlif mənbələrdən məlumatlar daxil olur: “Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb. Bundan sonra həngamə qopub. Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı ifnromasiyaların çıxarılmasını tələb ediblər.

Deməli, Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur. Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Məncə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik”.
12.03.2018 11:27:22
Oxuma sayı: 717