Prezidentin köməkçisindən jurnalistlərə çağırış: "Onlara cavab verin"
Ölçü:


“Qurultaydan kənar şəxslər bu gün burada səslənən çıxışlarla bağlı  mənfi rəy formalaşdıracaqlar. Ancaq siz bundan qorxmayın. Sadəcə olaraq onlara opponent kimi baxın”.

Koordinat.az
xəbər verir ki, bunu jurnalistlərin bu gün keçirilən qurultayında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışlardan sonra səsləndirilən təkliflərə cavab verərkən deyib. O, bildirib ki, jurnalistlər cəmiyyəti formalaşdıran əsas institutlardan biri kimi çıxış edir: “Pis nümunələri, yaxşı nümunələri də  siz cəmiyyətə çatdırırsınız. Kənar təsirlərə məruz qalmayın. Nəyə görə öz dövlətindən aldığın pay qəbahət sayılmalıdır? Niyə xarici qrantlardan formalaşanlar normal sayılsın? Mən müxalifət nümayəndələrinə səslənirəm. Onların üzvləri bu gün Milli Məclisdə təmsil olunurlar. Ancaq bu gün haradan maliyyələşməsi məlum  olmayan partiyalar var. Övladları xaricdə oxuyur. Siz onlara cavab verməlisiniz".

Prezidentin köməkçisi əlavə edib ki, Mətbuat Şurasının fəaliyyətini tənzimləyən qanunun olmasının vaxtı gəlib çatıb: "Eyni zamanda dili qoruyub saxlamaq lazımdır. Bu gün milli mənəvi dəyərləri qorumayan insanlar da vəzifələrdə təmsil olunurlar. Onu Azərbaycanlı adı daşımasından məhrum etməlisiniz. Frankfurta çatan kimi onların pasportları əlindən alınır və onların dediyi kimi hərəkət etməyə məcbur edilirlər. Amma siz təəssüf ki, onlara cavab vermirsiniz. Azərbaycanın dövlət simvollarına qarşı irinli çirkab yağdırırlar. Siz bu məsələni fəaliyyətinizdə mütləq şəkildə nəzərə almalısınız ".  


10.03.2018 14:08:32
Oxuma sayı: 979