Türkiyə ordusu İraqda 2 hərbçisi itirdi
Ölçü:



İraqın şimalında PKK terror təşkilatına qarşı Türkiyə hərbi qüvvələrinin apardığı əməliyyatlarda 2 türk hərbçisi şəhid olub.

Koordinat.az
-ın məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyatlar nəticəsində daha bir türk əsgəri isə yaralanıb.

Türkiyə Baş Qərargahının yaydığı məlumatda əlavə olunur ki, əməliyyatlar hələ davam edir: "İraqın şimalında Avaşin rayonunda PKK terror təşkiltına qarşı hərbi əməliyyat davam edir".

 
16.11.2017 17:51:00
Oxuma sayı: 1742