Prezident veteran təşkiatlarına 300 min manat ayırdı
Ölçü:


Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Koordinat.az xəbər verir ki, sərəncam, Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədi daşıyır. Sərəncama əsasən, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 000 (üç yüz min) manat ayrılıb.
09.03.2018 18:53:00
Oxuma sayı: 775