"Real" TV martın 12-dən yayıma başlayacaq
Ölçü:


“Real” TV-nin peyk yayımına başlayacağı tarix məlum olub.

Koordinat.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında “Real” TV-nin martın 12-dən sonra “Azərspace-1” peykində yayıma başlayacağını deyib.

Qeyd edək ki, martın 5-də MTRŞ-da “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

“Real" TV-nin baş direktoru Mirşahin Ağayevdir.

09.03.2018 18:40:45
Oxuma sayı: 819