"AccessBank"la "NIKOILBank" birləşir
Ölçü:


Azərbaycanın 2 bankı – "NIKOILBank" və "AccessBank" birləşmə barəsində danışıqlar aparırlar.

Koordinat.az xəbər verir ki, bu barədə "Trend" məlumat yayıb. Mənbənin bildirdiyinə görə, danışıqlar ilkin mərhələdədir. Lakin "AccessBank"ın "NIKOILBank"ın tərkibinə keçməsi məsələsi artıq dəqiqləşib.

Xatırladaq ki, hər iki bankın kapitalında xarici kapital mövcuddur. "AccessBank" 100 faizlik xarici bankdır, onun səhmdarları Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems alman şirkəti və "AcessHolding"dir.

"NIKOILBank"ın səhmdarları sırasında yerli şirkətlər (TOPAZ Investments, ISR Holding) və fiziki şəxslər olsa da, son benefisiar Rusiyanın neft-qaz nəhəngi "LUKOIL"ın rəhbəri Vahid Ələkbərovdur.

Qeyd olunur ki, birləşmiş bankın aksiyalarının necə bölünəcəyi hələlik məlum deyil.

 
05.11.2017 19:53:00
Oxuma sayı: 139