Tibb müəssisələrində çarpayı fondu 50 faiz azaldılıb
Ölçü:


Son 14 ildə Azərbaycanda 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub.

Koordinat.az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Onun sözlərinə görə, səhiyyə sistemində aparılan struktur dəyişiklikləri nəticəsində tibb müəssisələrində çarpayı fondu 50 faiz azaldılıb.

Nazirin bildirib ki, bunun əvəzində regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri tikilib, yeni səhiyyə müəssisələri inşa olunub və ya əsaslı təmir edilib. Onun sözlərinə görə, indiyədək 642 yeni tikilmiş və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib. Bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda, gələn il isə Füzuli və Qəbələdə belə müəssisələrin açılışı olacaq. Bu müəssisələr də istifadəyə veriləndən sonra ölkənin, demək olar ki, bütün regionlarında müasir səhiyyə müəssisələri əhaliyə xidmət göstərəcək”.
06.03.2018 14:58:00
Oxuma sayı: 876