305 nəfərdə QİÇS aşkarlanıb
Ölçü:


Bu ilin fevral ayında nikaha daxil olmaq istəyən 10125 nəfər tibbi müayinədən keçib.

Koordinat.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva APA-ya deyib. O qeyd edib ki, ötən ay müayinədən keçən şəxslərdən 390 nəfərində talassemiya daşıyıcılığı, 17 nəfərdə sifilis, 12 nəfərdə isə QİÇS aşkarlanıb. Onun sözlərinə görə, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 7 olub.

Direktor qeyd edib ki, Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiq olunduğu 1 iyun 2015-ci ildən 28 fevral 2018-ci ilə kimi 383 805 nəfər müayinədən keçib: “İndiyə qədər tibbi müayinədən keçmiş 14 654 nəfərdə talassemiya daşıyıcılığı, 1366 nəfərdə sifilis, 305 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 141 olub”.
06.03.2018 14:36:00
Oxuma sayı: 745