İlham Əliyev: "İnsanları narahat edən məsələləri həll etməliyik"
Ölçü:


“Bu gün idman ölkəmizin müxtəlif yerlərində artıq kütləvi xarakter alıb. Mən həmişə tövsiyə edirəm, bu gün də demək istəyirəm, hər bir insan hər gün, hər gün olmasa da, həftədə heç olmasa üç dəfə idmanla fəal məşğul olsun. Bu, insanların sağlamlığı, ümumiyyətlə, ovqatı üçün çox böyük əhəmiyyət daşıyan məsələdir”.

Koordinat.az
xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında çıxış edərkən deyib. Ölkə başçısı bildirib ki, Azərbaycan 2017-ci ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vurur: “Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır”.

 
 
16.11.2017 14:16:17
Oxuma sayı: 1910