Günün sualı: Qış gəldi, bəs, istilik hanı?
Ölçü:


Noyabrın 15-dən normativlərə uyğun olaraq mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunan abonentlər istilik almalıydı. Amma aradan iki gün vaxt keçməsinə baxmayaraq,mənzillərə hələ də istilik verilmir.

Koordinat.az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün "Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. Ancaq nə Mərkəzi Dispetçer Xidmətindən, nə də Abonent və Müştəri Xidmətlərindən sorğumuza dəqiq cavab verilməyib. Yalnız onu bildiriblər ki, mənzilləri istiliklə təmin edəcək qazanxanaların əksəriyyəti qışa tam hazır olsa da, müəyyən səbəblərdən istiliyin verilməsi yubanır. Həmin "müəyyən səbəb"
"Azəristiliktəchizat” ASC ilə "Azəriqaz" arasında yaranan borc broblemidir.

"Azəristiliktəchizat” ASC-nin 956- Çağrı Mərkəzindən isə bildiriblər ki, istiliyin verilməməsinə səbəb hava şəraitinin xoş keçməsidir: "Hələ ki, hava yaxşıdır. Ona görə də mənzillərə istilik verilmir. Amma yaxın 1-2 gündən sonra qazanxanalar hamısı işə düşəcək və mərkəzləşdirilmiş qaydada bütün mənzillərə istilik veriləcək".

16.11.2017 13:54:29
Oxuma sayı: 219