Məktəblərdə 7 gün dərs olmayacaq
Ölçü:


Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində şagirdlər martın 20-dən etibarən dərsə getməyəcəklər.

Koordinat.az xəbər verir ki, Novruz bayramı ilə əlaqədar orta məktəblərdə də bir həftə tətil olacaq. Təhsil Nazirliyindən bildirilib ki, məktəblərdə dərslər martın 27-də başlayacaq. Məktəbəqədər təhsil alanlar üçün sonuncu dərs günü martın 15-i, şagirdlər üçün isə sonuncu dərs günü martın 19-dur.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Xatırladaq ki, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq/Report.
06.03.2018 10:23:00
Oxuma sayı: 605