Ən yaxşı kameralı smartfon açıqlandı
Ölçü:


Ağıllı telefon bazarında ən yaxşı kamerası olan smartfon açıqlanıb.

Koordinat.az
xəbər verir ki, telefonların foto və video keyfiyyətini ölçən Dxomark növbəti hesabatı yayımlayıb.

Xatırladaq ki, Dxomark-ın əvvəllər 98 bal verərək Google Pixel 2-in ən yaxşı smartfon kamerasına sahib olduğunu açıqlamışdı. Bu dəfə eyni testlər Galaxy S9 üçün edilib və smartfonun kamerası 99 bal toplayaraq zirvəyə qalxıb.

DxOMark komandası Galaxy S9-un dinamik diapazonuna və sürətli ikili sensoruna xüsusi diqqət çəkib. Belə ki, smartfonun ilk özəlliyi kimi hətta aşağı işıq mühitində canlı fotoşəkil çəkməyi qeyd edilib.

İkinci özəllik kimi isə telefon eyni anda 12 kadr götürərək bunları bir fotoda birləşdirdiyi vurğulanıb. Sınaqlarda Galaxy S9-un şəkil çəkmək xüsusiyyəti 104 bal, videokamera isə 91 bal olaraq dəyərləndirilib
05.03.2018 15:28:00
Oxuma sayı: 972