81 nəfərə böyrək, 3 nəfərə qaraciyər köçürülüb

Koordinat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub. 2017-ci ilin əvvəlindən indiyədək 81 nəfərə böyrək, 3 nəfərə isə qaraciyər köçürülüb. 79 xəstəyə endopritezləşmə əməliyyatı aparılıb, 1200 nəfərdən artıq xəstə üzərində ürək əməliyyatları icra olunub. 12 sümük iliyi transplantasiyası həyata keçirilib.
Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq.
05.03.2018 15:12:00
Oxuma sayı: 3433