Ermənistan yenə yalan məlumatlar yayır
Ölçü:


Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Koordinat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb", - nazirliyin yaydığı məlumatda qeyd olunub.

28.09.2022 20:54:00
Oxuma sayı: 1375