Lukaşenkonun Abxaziyaya səfəri Gürcüstanda etirazla qarşılandı
Ölçü:


Belarusun Tbilisidəki səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Koordinat.az
xəbər verir ki, bu barədə Gürcüstanın “İmedi tv” telekanalı məlumat yayıb. Buna səbəb kimi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri göstərilib. Gürcüstan XİN Lukaşenkonun qanunsuz səfərinə görə, belaruslu diplomata etirazlarını çatdırıb.

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Abxaziyaya səfər edib. Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub.

 Lukaşenko Abxaziyaya səfər etsə də, Belarus buranı müstəqil dövlət kimi tanımır.


28.09.2022 17:44:00
Oxuma sayı: 1385