Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatı müzakirə etdi
Ölçü:


Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
28.09.2022 15:11:00
Oxuma sayı: 1361