Kəlbəcər İcra Hakimiyyəti YAP-la birgə şəhidləri andı
Ölçü:


27 sentyabr “Anım günü” ilə əlaqədar olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mədəniyyət sarayında tədbir keçirilib.

Koordinat.az
xəbər verir ki,  tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə 44 günlük Vətən müharibəsində şəhadətə ucalan şəhidlərimiz haqqında videorolik nümayiş etdirilmiş, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Vətən müharibəsi qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev və II qrup Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev çıxış edərək 44 günlük şanlı Zəfər tariximizə nəzər salıb. Məktəblilərin ifasında hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Qeyd edək ki, 27 Sentyabr- Anım Günü ilə əlaqədar olaraq Kəlbəcər rayonunda silsilə tədbirlər keçirilib, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə və Göygöl rayon Murovdağ qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında ağacəkmə aksiyası keçirilib, şəhid məzarlarının ətrafı abadlaşdırılıb.

Xalqımız bundan sonra da, hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim uca tutaraq, qəlbində yaşadacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin !

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
28.09.2022 11:48:00
Oxuma sayı: 1365