Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb
Ölçü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək.

Koordinat.az
xəbər verir ki, iclasda ölkənin Silahlı Qüvvələrinin Suriyanın şimalında mümkün əməliyyatı, həmçinin Yunanıstanın Egey adalarına silah göndərməsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

"İclasda terrorla mübarizə mühüm mövzulardan biri olacaq. Daxili işlər naziri Süleyman Soylu və milli müdafiə naziri Hulusi Akarın Türkiyədə olduğu kimi, Suriya və İraqda da davam edən terrorla mübarizə əməliyyatları ilə bağlı təqdimatları gözlənilir”, - məlumatda deyilir.

Bundan əvvəl Türkiyə lideri bildirib ki, Ankara Suriyanın şimalında beynəlxalq ictimaiyyət tərəfindən anlaşılacaq hərbi əməliyyat keçirəcək. Onun sözlərinə görə, Ankaranın belə təcrübəsi var.

28.09.2022 11:34:00
Oxuma sayı: 1366