Fransa Ermənistana nümayəndə heyəti göndərir
Ölçü:

Parisdə Ermənistan və Fransanın müdafiə nazirləri Suren Papikyanla Sebastyan Lekornu arasında görüş olub.

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Görüş zamanı Azərbaycanla sərhəddəki vəziyyət müzakirə olunub. Məlumata görə, Fransa Müdafiə Nazirliyi vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətini tezliklə Ermənistana göndərəcək.  

Qeyd edək ki, sentyabrın 26-da Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Parisə yola düşüb. Paşinyan Fransa prezidenti Emmanuel Makronla danışıqlar aparıb. Müzakirə olunan məsələlər arasında Azərbaycanla sərhəddəki vəziyyət də olub.

28.09.2022 09:57:00
Oxuma sayı: 1366