Manukyan Ter-Petrosyanı ittiham etdi
Ölçü:

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın İctimai Televiziyanın dünənki efirində səsləndirdiyi çıxış erməniləri pessimizmə yuvarladıb, psioxoloji cəhətdən ölümcül zərbə vurub, sabaha narahat, ümidsiz baxmağa məcbur edib.

Koordinat.az
-ın məlumatına görə, bunu deyən Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan da etiraf edib. Ter-Petrosyanın fikirlərilə razılaşmayan
Vazgen Manukyan eks-prezidentin sentyabrın 26-da İctimai TV-yə verdiyi müsahibəsinə istinad edərək “Levon Ter-Petrosyan indiki dünya siyasətindən çox uzaqdır” deyib.

Qeyd edək ki, erməni sosial şəbəkələrində Ter-Petrosyanın fikirlərilə bağlı müzakirələr açılıb. Onu qınayanlar da var, fikirlərinə şərik olanlar da.

Xatırladaq ki, eks-prezident Levon Ter-Petrosyan deyib ki, Ermənistan Azərbaycana məğlub olub, rəsmi İrəvan artıq Qarabağa dair səsvermə hüqunu itirib. O, Ermənistanın ağrılı və çətin situasiya ilə üzləşdiyini, Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolunun qalmadığını söyləyib.

“Onun məğlubiyyətçi “praqmatizminə” gəlincə, bu, yeni bir şey deyil. Birinci Qarabağ müharibəsi zamanı o, inandırdı və kağız və qələmlə “sübut etdi” ki, biz uduzacağıq. Və heç də təsadüfi deyil ki, müharibə zamanı mənə - rəqibinə müdafiə naziri olmağı təklif etdi ki, onun gözlənilən məğlubiyyətinin bütün günahı mənim üzərimə düşsün. Amma bunun əksi baş verdi”, - V.Manukyan söyləyib.
 
Vazgen Manukyan deyib ki, hər şeydən asılı olmayaraq, bu çətin və zahirən ümidsiz vəziyyətdə belə, milli və dövlət problemlərini həll etmək üçün imkanlar olduğuna inanır.
27.09.2022 16:33:00
Oxuma sayı: 1378