Qırğızıstan Qazaxıstanla 6 müqaviləni ləğv etdi
Ölçü:


Qırğızıstan prezidenti Almazbek Atambayev postunu tərk etməyə 1 həftə qalmış Qazaxıstanla imzalanan 6 müqaviləni ləğv edib.

Koordinat.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. Bildirilir ki, Qırğızıstan tərəfi 100 milyon dollarlıq yardımdan da imtina ediblər.

İki ölkə arasında iqtisadi əməkdaşlıq, texniki dəstək və rəsmi Astananın 100 milyon dollarlıq yardım haqda protokol sənədi denonsasiya olub. Atambayev bu addımı yeni prezident Sooranbay Jeenbekovun inaqurasiyasına 1 həftə qalmış atıb.
 
16.11.2017 13:14:00
Oxuma sayı: 1600