Paşinyan: “Hamı bilirdi ki, bir gün müharibə başlayacaq”
Ölçü:


"44 günlük müharibədən sonra eyni sualı mənə min dəfə verdilər: “Müharibənin dayandırılması üçün nə etdiniz?”. Ancaq heç kim soruşmadı ki, müharibədə qalib gəlmək üçün bir şey etdinizmi?".

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib: “Hamı bilirdi ki, bir gün müharibə başlayacaq. Dedilər, “başlayan kimi müharibəni dərhal dayandıracağıq”. Bəs necə? Əgər iradən olmasaydı və bu iradəni dəstəkləmək üçün müvafiq qurumları hazırlamasaydın, necə dayandıracaqdın?”.

Paşinyan Qarabağ müharibəsindəki məğlubiyyətdə onu günahkar hesab edən müxalifət nümayəndələrini səriştəsizlikdə və vəziyyəti düzgün analiz edə bilməməkdə qınayıb.

13.09.2022 14:12:00
Oxuma sayı: 2469